olkepress.com
olkepress.com

Ərdoğanın tarixi layihəsi icra edilir

5-04-2021, 14:09

Ərdoğanın tarixi layihəsi icra edilirTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hazırlanan "Kanal İstanbul" layihəsinin icrası yaxın günlərdə başlayacaq.

Ölkəpress.com xəbər verir ki, bu barədə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib. O bildirib:
“Layihə ilə bağlı işlər başa çatıb. Tenderlə bağlı proses başlayıb. Çox yaxın günlərdə bu proses də başa çatacaq”.

O bildirib ki, bəzi dairələrin etirazlarına baxmayaraq, hökumət bu layihəni icra etməkdə qərarlıdır. Qeyd edək ki, İstanbul kanalı İstanbul boğazının alternativi hesab olunur. Boğazdakı keçidlərdən fərqli olaraq İstanbul kanalından keçid pullu olacaq. Müxalif dairələr isə layihənin ekoloji fəlakətəsəbəb olacağını irəli sürərək, etiraz edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi