olkepress.com
olkepress.com

Hakerlər 12 ölkənin hotellərinə hücum etdi: müştərilərin şəxsi məlumatları oğurlandı

3-12-2019, 11:05

Hakerlər 12 ölkənin hotellərinə hücum etdi: müştərilərin şəxsi məlumatları oğurlandıNaməlum hakerlər dünyanın 12 ölkəsində yerləşən 20-yə yaxın hotelə kiber hücum təşkil ediblər.

TASS xəbər verir ki, bunu “Kaspersky laboratory” şirkətindən bildiriblər.
Məlumata əsasən hücuma məruz qalan hotellər Braziliya, Argentina, Boliviya, Çili, Kosta-Rika, Fransa, Meksika, İtaliya, Portuqaliya, İspaniya, Tailand və Türkiyədə yerləşir.
Hakerlər hücum üçün ziyanverici troyan proqramlarından istifadə ediblər. Onlar “Word”, “Excel”, “PDF” fayllarına yeridilib və bron sifarişi şəklində hotellərin elektron ünvanlarına göndərilib.
“Kaspersky lab” bildirir ki, rəsmi sənədlərin də sürətlərini özündə daşıyan belə göndərişlər çox real görünür: “Yalanı ifşa edən yeganə səhv – şirkətin domeninin yazılışındadır”. Hücumda “RevengeHotels”, “ProCC” və digər haker qruplaşmalarının əli olduğu ehtimal edilir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi