olkepress.com
olkepress.com

“Instagram” və “Facebook”da vaksinlərin təhlükəsizliyi ilə bağlı məlumat veriləcək

16-03-2021, 12:42

“Instagram” və “Facebook”da vaksinlərin təhlükəsizliyi ilə bağlı məlumat veriləcək“Instagram” və “Facebook” sosial şəbəkələri dezinformasiyanın yayılmasının qarşısını almaq məqsədi ilə koronavirus peyvəndləri barədə yazılara xüsusi qeydlər əlavə etməyə başlayıb.

Bu barədə məlumat “Facebook” şirkətinin saytında yerləşdirilib.

Artıq peyvəndlərin müzakirəsi aparılan yazılarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsizliyinə zəmanət verilən vaksinlər barədə məlumatlar görünür.

Hələlik qeydlər ingilis, fransız, ispan, portuqal, ərəb dillərində yayılır.

Yaxın həftələrdə vaksinlər barədə məlumat digər dillərdə də dərc ediləcək.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi