olkepress.com
olkepress.com

Ermənistan lideri Azərbaycan torpağında döyüş mövqeyi aldı — VİDEO

2-12-2019, 12:49

Ermənistan lideri Azərbaycan torpağında döyüş mövqeyi aldı — VİDEOXəbər verildiyi kimi işğalçı ölkənin baş naziri Nikol Paşinyan noyabrın 30-da növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini pozaraq işğal altındakı torpaqlarımızda sülənib.

Ölkəpress.com xəbər verir ki, Xankəndidəki erməni saytlarının yaydığı məlumata görə, N.Paşinyan qondarma separatçı rejimin başçısı Bako Saakyan və digərləri ilə birgə cəbhə xəttinin Kəlbəcər-Ağdərə-Tərtər istiqamətindəki bir neçə hərbi hissəyə baş çəkib.
O, işğalçı erməni hərbçilər qarşısında çıxış edib. Birbaşa döyüş səngərlərinə girib, işğalçı əsgərlərin xidmət və yaşayış şəraiti ilə tanış olub, onlara mükafat və hədiyyələr verib.
Video-kadrlardan da göründüyü kimi, Paşinyan bir az naşı davransa da, fakt odur ki, Azərbaycan torpağında əlinə avtomat silah alıb və onu atış vəziyyətinə gətirib. İşğalçı ölkə başçısı iriçaplı silahlardan da birinin arxasına keçib Azərbaycan ordusu istiqamətində döyüş mövqeyi alaraq sanki ölkəsinin döyüşə hazır olduğunu ifadə etmək istəyib...(Moderator.az)



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi