olkepress.com
olkepress.com

İsrail qırıcıları İran ordusunu BOMBALADI – VİDEO

20-11-2019, 21:52

İsrail qırıcıları İran ordusunu BOMBALADI – VİDEOİsrail qırıcıları Suriyada hökumət qüvvələrinin və İran ordusunun mövqelərini bombalayıb.

Anadolu agentliyi xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətindən belə açıqlama verilib. Bildirilib ki, əməliyyatlar zamanı onlarla hərbi obyekt, hava hücumundan müdafiə sistemləri və silah anbarları məhv edilib. Məlumata görə, əməliyyatlar Suriyadan İsrail ərazisinə atılan raket zərbələrinə cavab olaraq təşkil edilib. Suriyanın rəsmi agentliyi İsrail qırıcılarının paytaxt Dəməşq ətrafındakı bir neçə məntəqəni hədəfə aldığını təsdiq etsə də, fəsadların ciddi olmadığını irəli sürüb. Açıqlamaya görə, hava hücumundan müdafiə sistemləri İsrailin irimiqyaslı hücumunun qarşısını alınıb. Lakin qeyri-rəsmi mənbələr onlarla hərbçinin və bir neçə dinc sakinin həlak olduğunu irəli sürüb. (redaktor.az)

Ölkəpress.com








XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi