olkepress.com
olkepress.com

Başqurd aktivist ermənilərə görə aclıq elan etdi - VİDEO

4-09-2020, 11:04

Başqurd aktivist ermənilərə görə aclıq elan etdi - VİDEOBaşqırdıstanda ermənilərin hökmranlığına və özbaşınalığına qarşı çıxan ufalı ictimai fəal və bloger Ramila Saitova onun barəsində məhkəmə qərarını qərəzli sayaraq aclıq aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə fəalın özü həbsxanadan çəkdiyi videoda bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında Saitova öz Yutub kanalında "Başqırdıstanda bu qədər erməni hardandır?" başlığı altında bir video yayımlamışdı. Sosial şəbəkələrdə videonun yaratdığı rezonansdan sonra blogerə təhdidlər ünvanlanıb, bir müddət sonra isə rəhbər vəzifələri ermənilərə məxsus olan məhkəməyə çağrılıb.

“Məni 10 gün qanunsuz həbs ediblər. Bəlkə ikinci instansiya - Başqırdıstan Respublikasının Ali Məhkəməsi məni sərbəst buraxar. Birinci instansiya məhkəməsi verilən suala görə mənim günahkar olduğuma dair qərar alıb: "Başqırdıstanda bu qədər erməni haradandır?" Burada da ermənilər hökmranlıq edirlər və bu da onların qərarlarıdır”, - deyib Saitova.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi