olkepress.com
olkepress.com

ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO

15-11-2019, 11:16

ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEOABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərindəki məktəbdə atəş açan gənclə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti yazıb. Qeyd edilir ki, o, həmin gün özünün 16 yaşını qeyd edib.
Los-Anceles dairəsinin polis şerifi Aleks Villanueva daha əvvəl bildirib ki, hüquq-mühafizə orqanları bu məktəbdə oxuyan 16 yaşlı gəncdən şübhələnirlər. Şübhəli şəxs "Saugus High School" məktəbinin ərazisində ətrafdakılara atəş açıb, nəticədə beş nəfəri yaralayıb. O, sonra özünə atəş açıb. Hadisə zamanı 2 nəfər həlak olub. Cinayəti törədən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi araşdırılır.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi