olkepress.com
olkepress.com

Dünyanın ən təhlükəsiz ölkəsində turistin bir il əvvəl itmiş telefonunu tapıb qaytardılar

26-09-2019, 21:39

Dünyanın ən təhlükəsiz ölkəsində turistin bir il əvvəl itmiş telefonunu tapıb qaytardılarİslandiya dünyanın nə təhlükəsiz ölkəsi sayılır. Təhlükəsizlik həm də ədalət prinsipi ilə assosiasiya olunur.
Bizimyol.info xəbər verir ki, İslandiyada turistin bir il əvvəl burada itmiş telefonunu tapıb qaytarıblar. Haukur Snorrason keçən ilin avqustunda ölkənin cənubunda mobil cihazını itirmişdi. Fotoqraflıqla məşğul olan turist Skafta çayının yaxınlığında “iPhone” telefonunu əlindən salır. Telefon 60 metrdən aşağı düşür, Haukur çox axtarsa da, tapmır.

Bir neçə gün əvvəl Snorrasona zəng gəlir. Telefonunun tapıldığını, orada hətta son çəkdiyi videoların da qaldığını bildirirlər. Mobil cihaz 13 ay açıq havada qalsa da, heç bir xətər görməyib.

“Global Finance” jurnalının reytinqinə görə, İslandiya 2019-cu ilin ən təhlükəsiz ölkəsi sayılmışdı. Sonrakı yerləri İsveçrə və Finlandiya tutmuşdu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi