olkepress.com
olkepress.com

“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb

13-11-2019, 10:07

“Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb
Bütün dünya üzrə “Facebook” sosial şəbəkəsinin işində problemlər yaranıb.

Bu barədə sosial şəbəkələri araşdıran “Downdetector” saytı bildirib. Sosial şəbəkədəki nasazlıq ilə bağlı daha çox ABŞ, Böyük Britaniya, Niderland, Peru, Rumıniya və İsrail sakinləri şikayət ediblər.
Qeyd edilir ki, istifadəçılərin 73 %-də xəbər lenti yenilənməyib, 14 %-də əlaqə tamamilə itib, 11 %-i isə tətbiqə daxil ola bilməyib. Eyni zamanda nasazlıqlardan “Instagram” istifadəçiləri də narazılıq ediblər. Bu şəbəkədəki problemlərdən daha çox ABŞ, Böyük Britaniya, Macarıstan, Yunanıstan və Türkiyə sakinləri şikayət ediblər.
“Instagram” istifadəçilərinin 67%-i yenilənmələri yükləyə bilmir, 21%-i “story”də paylaşım edərkən çətinliklərlə üzləşib, 11 %-i isə ümumi nasazlıqlardan şikayətlənib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi