olkepress.com
olkepress.com

Onlar millət üçün bir savaş açıblar... - VİDEO

31-10-2019, 10:24

Onlar millət üçün bir savaş açıblar... - VİDEORusiya hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı təhqiramiz ifadələr işlətdiyi üçün döyülən və üzr istəyən şəxslərin videolarını yayımladıqdan sonra “Ortaq Xalq Naminə” (“Vo blaqo obşeqo naroda” – VBON) hərəkatının ekstremizmi ilə əlaqədar araşdırmaya başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə “Radio Svaboda” məlumat yayıb. Rusiya Federasiyası Dövlət Dumasının təbii sərvətlər, əmlak və torpaq münasibətləri komitəsi sədrinin birinci müavini Vasili Vlasov "V Kontakte" sosial şəbəkəsində aktiv olan qrupun fəaliyyətinin yoxlanılması üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib.
Polisə müraciətin səbəbi hərəkat rəmzləri olan videoların yayımlanması olub. Orada Azərbaycan haqqında mənfi danışan insanların döyüldüyü və alçaldıldığı əks olunub. Deputat Vlasov özü sorğu barədə 30 oktyabr tarixində "Kanal 360" saytında məlumat verib.
Hüquq-mühafizə orqanları hələlik təşkilata maddi olaraq kömək edən 250-dən çox insan və bir neçə şirkəti müəyyənləşdirib. VBON-da polis əməkdaşlarının olduğu da iddia edilir.
VBON-un "V Kontakte" sosial şəbəkə qrupunda 2413 iştirakçısı var. Hərəkat üzvləri, onların fikrincə, “ənənəvi dəyərlərə görə xeyriyyəçilik işləri aparır, azərbaycanlıları adətlərə uyğun yaşamağa çağırırlar”. Qeyri-adi davranan həmvətənlərimizi də "tərbiyələndirirlər". Hərəkətləri ən azı xuliqanlıq kimi qiymətləndiriləcək müəmmalı qrupun emblemi və “mübarizə üsulları” çoxlu suallar doğurur. VBON-un fəaliyyəti açıq təxribat qoxuyur və ola bilsin ki, bu üsulla Rusiyada azərbaycanlılara qarşı yeni kampaniyaya start verilir.
Mövzunu davam etdirəcəyik.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi