olkepress.com
olkepress.com

“Tesla” Maska 1 trilyon dollar ödəyəcək

7-11-2025, 14:17

“Tesla” Maska 1 trilyon dollar ödəyəcək

“Tesla” növbəti 10 ildə şirkətin direktoru İlon Maska təqribən 1 trilyon dollar həcmində təzminat paketi ödəyəcək.
Şirkətin səhmdarlarının səsverməsindən sonra dəqiqləşib.
Belə ki, səhmdarların 75%-i təzminat paketinin ayrılmasının “lehinə” səs verib. Bildirilir ki, bu, ABŞ tarixində şirkət rəhbərinə edilən ən böyük ödəniş olacaq.

Qeyd edək ki, Mask şirkətdəki işinə görə maaş almır, onun şirkətin inkişafına töhfəsi mükafatlar şəklində ödənilir.

Plan həmçinin İ.Maskın şirkətdəki payını 13 faizdən 25 faizə qədər artıracaq. Bununla belə, amerikalı milyarder lazımi göstəricilərə nail olduqda bu məbləği əldə edəcək. Həmin göstəricilərə isə 1 milyon robot taksilərin istifadəyə verilməsi, şirkətin dəyərinin 8,5 trilyon dollara çatması, eləcə də 1 milyon insanabənzər “Optimus” robotlarının tədarükü və s. daxildir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi