olkepress.com
olkepress.com

İsrail Azərbaycandakı görüşü təsdiqlədi

10-04-2025, 16:00

İsrail Azərbaycandakı görüşü təsdiqlədi

Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə açıqlayıb.

Bildirilib ki, Türkiyə və İsrail nümayəndələri dünən keçirilən görüş zamanı Suriyada gərginliyin azaldılması mexanizmlərinin yaradılmasına dair müzakirələr aparıb.

Bununla belə, digər detallar açıqlanmayıb.

“The Times of Israel” yazır ki, yüksəkvəzifəli israilli məmur aprelin 9-da Azərbaycanda İsrail və Türkiyə nümayəndə heyətləri arasında görüşün keçirilməsini təsdiq edib.

Həmçinin qeyd edilib ki, tərəflər Suriyada arzuolunmaz insidentlərin qarşısının alınmasına yönələn tədbirləri müzakirə ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi