olkepress.com
olkepress.com

Almaniya xarici işlər naziri 9-cu dəfə Kiyevə gedib

1-04-2025, 16:26

Almaniya xarici işlər naziri 9-cu dəfə Kiyevə gedib

Almaniya Ukraynaya əlavə 130 milyon avro humanitar yardım göstərəcək.

Bunu xarici işlər naziri Annalena Berbok elan olunmamış səfər etdiyi Kiyevdə bildirib.

“ABŞ və Rusiya arasındakı “dalanı” nəzərə alaraq, avropalılar heç bir “əgər” və ya “amma” olmadan Ukraynanı dəstəklədiklərini göstərməlidirlər”, - Berbok qeyd edib.

Onun sözlərinə görə, bu məsələ NATO xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə müzakirə olunacaq.

“Biz Amerika tərəfinə başa salacağıq ki, Putinin gecikdirmə taktikasına qarışmamalıyıq”, - deyə Berbok bildirib.

Bu, artıq Berbokun Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri kimi Ukraynaya doqquzuncu səfəridir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi