Almaniyanın federal kansleri olacaq Fridrix Merts Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
Görüş zamanı əsas müzakirə mövzuları Avropanın təhlükəsizliyi və Ukrayna məsələsi olub. Tərəflər Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.