olkepress.com
olkepress.com

Gürcüstanda hərbi xidmətlə bağlı yenilik - 6 aydan 11 aya qədər

6-01-2025, 18:01

Gürcüstanda hərbi xidmətlə bağlı yenilik - 6 aydan 11 aya qədər

Yanvarın 1-dən Gürcüstanda məcburi hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib.

Bu barədə “Sputnik Gürcüstan” məlumat verib ki, çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılan hərbi xidmət çərçivəsində xidmətə göndəriləcəklər.

Bildirilib ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.

Bununla yanaşı, çağırışçılar özləri üçün uyğun olan 3 xidmət növündən birini seçə bilərlər. Belə ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi almaq və müəyyən ixtisas üzrə xidmət isə 11 aydan ibarət olacaq.

Çağırış il ərzində mərhələli qaydada baş tutacaq. Eyni zamanda, çağırışçılar məzuniyyət və istirahət günləri ilə də təmin ediləcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi