olkepress.com
olkepress.com

“Kurskda NATO texnikasının ən böyük “qəbiristanlığı” yerləşir”

19-12-2024, 17:22

“Kurskda NATO texnikasının ən böyük “qəbiristanlığı” yerləşir”

Rusiya Prezidenti Vladimir Putin ölkənin Kursk vilayətində NATO texnikasının ən böyük “qəbiristanlığı”nın yerləşdiyini istisna etməyib.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Putin bu barədə böyük mətbuat konfransında danışıb.

Belə ki, o, aparıcının müvafiq cümləsinə “Ola bilər” deyə cavab verərək razılaşıb.

Onun sözlərinə görə, Kursk vilayətində Ukrayna ordusunun vurulan zirehli texnika sayı 2023-cü ildə bütün təmas xəttində vurulanlardan daha çoxdur.

Xatırladaq ki, avqustun 6-sı səhər saatlarında Ukrayna ordusu Rusiyanın Kursk vilayətində əməliyyat keçirib. Nəticədə Ukrayna Silahlı Qüvvələri Kurskda çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda sözügedən istiqamətdə döyüşlər davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi