olkepress.com
olkepress.com

Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulub

12-12-2024, 17:25

Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulub

Rumıniya və Bolqarıstan 1 yanvar 2025-ci il tarixindən etibarən Şengen zonasının tam ştatlı üzvü olacaq.

Bu barədə Avropa İttifaqı Şurasının saytında bəyanat yayılıb.

“Avropa İttifaqına üzv dövlətlər 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaları ləğv etmək qərarına gəliblər”, – bəyanatda qeyd edilib.

“Nəhayət, Bolqarıstan və Rumıniyanı Şengen üzvü kimi qəbul etmək üçün tarixi bir məqamdır. Həmin üzv dövlətlərlə və onların arasında olan daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaların ləğvi Macarıstanın sədrliyi üçün əsas prioritet olub və bu gün biz bunu reallığa çevirmişik. Bu addım təkcə Bolqarıstan və Rumıniya vətəndaşlarının deyil, bütövlükdə Aİ-nin də xeyrinə olacaq”, – Macarıstanın daxili işlər naziri Şandor Pinter bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi