olkepress.com
olkepress.com

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

5-08-2024, 22:58

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Banqladeş prezidenti Şahabuddin Çuppu sabiq baş nazir və müxalifət lideri Xalidə Ziyanın ev dustaqlığından, eləcə də tələbə etirazçıların həbsdən azad edilməsi barədə göstəriş verib.

Bu barədə “Agence France-Presse” (AFP) xəbər agentliyi məlumat yayıb.

Prezidentin sədrliyi ilə keçirilən iclasdan sonra Banqladeş Milliyyətçi Partiyasının (BNP) sədri Xalidə Ziya və tələbə nümayişləri zamanı həbs olunanların hamısının dərhal azad edilməsi barədə yekdil qərar qəbul edilib.

Xalida Ziya bundan əvvəl iki dəfə Banqladeşin baş naziri olub. 2008-ci ildə məhkəmə onu rüşvətxorluğa görə 17 il müddətinə azadlıqdan məhrum edib. Ziya iki il həbsdə yatıb və şərti azadlığa çıxaraq ev dustaqlığına buraxılıb.

Banqladeş Milliyyətçi Partiyasının tərəfdarları onun cəzasının siyasi motivli olduğunu iddia edirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi