olkepress.com
olkepress.com

Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ

16-03-2024, 05:39

Hakan Fidandan Qara dənizlə bağlı ÇAĞIRIŞ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizin demilitarizasiyasına çağırıb.

O, çağırışını martın 15-də Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən Xl Qlobal Bakı Forumunda çıxışı zamanı səsləndirib.

“Qara dənizi silahlardan azad etməliyik”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, müharibələrdən əvvəl Qara dənizdə sakitlik hökm sürürdü:

“Müharibədən sonra isə hərbləşmə başladı. Biz Rusiya-Ukrayna müharibəsində “Taxıl saziş”inə nail olduq. Taxıl və digər malların Qara dəniz vasitəsilə daşınmasına şərait yaradılmalıdır. Regionda Qara dənizin rolu itməməlidir. Hərbləşmə region ölkələr üçün təhlükəlidir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi