olkepress.com
olkepress.com

Jorje Jezuş: “Avropa siyasətə görə futbolu itirdi”

28-02-2024, 17:57

Jorje Jezuş: “Avropa siyasətə görə futbolu itirdi”

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun portuqaliyalı baş məşqçisi Jorje Jezuş futbolun gələcəyinin hazırda işlədiyi ərəb ölkəsindən asılı olduğunu deyib.

“Dünyanın gələcəyi Avropada deyil, bu ərazilərdədir. Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil. Amma bu, idman faktoru deyil, siyasi faktordur”, - Jezuş bildirib.

Qeyd edək ki, Jezuşun həmyerslisi Kriştianu Ronaldu 2023-cü il yanvarın 2-də ildə 200 milyon avro aldığı müqaviləyə əsasən, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun oyunçusu olub. Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 20 oyun keçirib, 22 qol vurub və doqquz məhsuldar ötürmə edib.

Ronaldunun ardınca bir çox futbol ulduzları Səudiyyə Ərəbistanı çempionatına gəliblər. İndi ölkə çempionatında Kərim Benzema, Sadio Mane, Neymar, Sergey Milinkoviç-Saviç və başqaları çıxış edirlər.

Jezuşun “Əl-Hilal”ı 59 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi