olkepress.com
olkepress.com

Putin: Heç kim ümumi Avrasiya məkanını parçalaya bilməyəcək

20-03-2023, 18:00

Putin: Heç kim ümumi Avrasiya məkanını parçalaya bilməyəcək
Bəzi qüvvələr ümumi Avrasiya məkanını parçalamağa çalışır.

Onun sözlərinə görə, NATO Asiya-Sakit Okean regionuna nüfuz etmək məqsədi ilə öz fəaliyyətinə qlobal miqyas verməyə çalışır:
"Bəzi qüvvələr ümumi Avrasiya məkanını Asiya Sakit Okean ölkələrinin inkişafını dayandırmağa yönəlmiş klublar şəbəkəsinə, hərbi bloklara parçalamağa çalışır. Lakin heç kim ümumi Avrasiya məkanını parçalaya bilməyəcək".

Putin qeyd edib ki Qərb beynəlxalq təhlükəsizliyin arxitekturasını dağıtmaq istəyir: "Rusiyanı birbaşa təhlükə, Çini strateji rəqib elan ediblər".

Putin məqaləsində Rusiya-Çin münasibətlərindən də bəhs edib. Onun sözlərinə görə, Rusiya-Çin münasibətləri regional və qlobal sabitliyin təməl daşıdır, böyük dövlətlər arasında əməkdaşlıq modelidir: "İki ölkənin dostluğu və tərəfdaşlığı artacaq və möhkəmlənəcək, Si Cinpinin səfəri buna yardəm edəcək və qarşıdan gələn danışıqlar münasibətlərə yeni güclü təkan verəcək".

Putin bildirib ki, iki ölkə arasında münasibətlərdəki əldə edilən irəliləyiş heyranedicidir: "Rusiya ilə Çin arasında münasibətlər bütün tarixlərində ən yüksək səviyyəyə çatıb və möhkəmlənməkdə davam edir. Çin ilə ticarət dövriyyəsinin 200 milyard dolları ötəcəyini söyləmək üçün bütün əsaslar var, qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaların payı artır, münasibətlər daha da suverenləşir.

İki ölkə arasında siyasi dialoq son dərəcə etibarlı olub, strateji qarşılıqlı fəaliyyət hərtərəfli xarakter alıb və yeni dövrə qədəm qoyur".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi