olkepress.com
olkepress.com

Yaponiyada yanvar ayında koronavirusdan 8 mindən çox insan ölüb

23-01-2023, 08:17

Yaponiyada yanvar ayında koronavirusdan 8 mindən çox insan ölüb

Yaponiyada yanvar ayında ən azı 8,102 nəfər koronavirusa yoluxduqdan sonra ölüb və bu ölkədə müvafiq aylıq rəqəmlər arasında antirekord olub.

Bunu Yaponiya Səhiyyə Nazirliyinin bazar günü açıqladığı statistik məlumatlar sübut edir.

Ölənlərin ümumi sayı 65,3 min nəfərə çatıb. Bazar günü ölkədə 326 nəfər virusa yoluxub. Hazırda COVID xəstələrindən 671 nəfərin vəziyyəti ağırdır, onlar reanimasiya şöbəsindədirlər.

Bundan əlavə, Yaponiyada son sutka ərzində 64,4 min yeni yoluxma halı təsdiqlənib, pandemiyanın başlanğıcından indiyədək yoluxanların ümumi sayı 32 milyona yaxın olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi