olkepress.com
olkepress.com

Trampın dövründə ABŞ-ın büdcə kəsiri 1 trilyon dollara çatıb – son 7 ilin rekordu

26-10-2019, 11:32

Trampın dövründə ABŞ-ın büdcə kəsiri 1 trilyon dollara çatıb – son 7 ilin rekordu
Son maliyyə ilində ABŞ-ın büdcə kəsiri təxminən 1 trilyon dollara qədər artıb.

Bu barədə “Bloomberg” ölkənin Maliyyə Nazirliyinə istinadən xəbər verir. Həmçinin, büdcə kəsiri ölkə prezidenti Donald Tramp vergiləri azaltdıqdan və xərcləri artırdıqdan sonra 2012-ci ildən etibarən ən yüksək səviyyəyə çatıb.
Bir müddət əvvəl isə “The New York Times” bildirmişdi ki, dövlət borcuna xidmət xərclərini azaldan faiz dərəcəsinin aşağı düşməsi baş verməsəydi, göstəricilər daha yüksək olardı. Nəşrin məlumatına görə, bu, 2017-ci ildən sonra vergitutmanın azaldılması, eləcə də mülki və hərbi diskresion daxili xərclərin artırılması haqqında qanunlar qüvvəyə mindikdən sonra baş verib. Respublikaçıların vədlərinə baxmayaraq, vergilərin azaldılması özünü doğrultmadı.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi