olkepress.com
olkepress.com

Ukraynanın kamikadze-dronu Rusiyanın rabitə qülləsini DAĞITDI – VİDEO

16-08-2022, 10:43

Ukraynanın kamikadze-dronu Rusiyanın rabitə qülləsini DAĞITDI – VİDEO

Ukraynanın kamikadze pilotsuz təyyarəsi Belqorodda rabitə qülləsini dağıdıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçan aparat Belqorod vilayətinin Kazinka kəndində rabitə qülləsini yerlə bir edib.

Məlumata görə, hadisə avqustun 14-də baş verib. Rusiya həmin qüllədən Ukrayna ordusunun yerləşdirilməsini izləmək üçün istifadə edirdi.

“Ukrayna Silahlı Qüvvələrinə məxsus dron-kamikadze Rusiyanın Belqorod vilayətinin Kazinka kəndində Ukrayna hərbçilərinin dislokasiyasını izləmək üçün istifadə edilən rabitə qülləsini vurub”, – deyə Teleqram kanalda qeyd olunub.

Qeyd edək ki, Rusiya qüllənin vurulmasını təsdiqləsə də, USQ -nin izlənməsini inkar edib.



Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi