olkepress.com
olkepress.com

“Facebook News” gəlir – Mark yeniliyə qərar verdi

26-10-2019, 09:43

“Facebook News” gəlir – Mark yeniliyə qərar verdi“Facebook” ABŞ-ın ən böyük şəhərlərində “Facebook News” günün xəbərləri xidmətini test etməyə başlayacaq

Şirkətin verdiyi məlumata əsasən, yeni servisdə istifadəçinin maraqları və yaşayış yerləri nəzərə alınmaqla, media xəbərləri nümayiş olunacaq.
“Facebook”da hesab edilir ki, bu nəşrlər istifadəçilərə ən son və vacib xəbərlərdən məlumatlı olmağa imkan verəcək, baş verənləri daha yaxşı araşdırmağa və informasiya sahəsində maraqlarını genişləndirməyə kömək edəcək. Bu bölmədə kiçik xəbərlərlə yanaşı, müəyyən vacib mövzularla bağlı xəbərlər də dərc olunacaq.
Bu servisin “Facebook”a neçəyə başa gələcəyi hələ məlum deyil. “The Wall Street Journal”ın bir müddət əvvəl verdiyi məlumata görə, “Facebook” müxtəlif nəşrlərə yüz min dollarlardan başlayaraq bir neçə milyona qədər təklif edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi