olkepress.com
olkepress.com

"Twitter" istifadəçilərin məlumatlarını satdığı üçün cərimələnib

31-05-2022, 11:11

"Twitter" istifadəçilərin məlumatlarını satdığı üçün cərimələnib

ABŞ-da "Twitter" reklamların satışına kömək etmək üçün istifadəçilərin məlumatlarından qanunsuz istifadə etməkdə ittiham edilib və 150 milyon dollar məbləğində cərimələnib.

Ölkəpress.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) və Ədliyyə Departamenti "Twitter"in tənzimləyicilərlə bağladığı razılaşmanı pozduğunu iddia edib.
Bildirilib ki, "Twitter" telefon nömrələri və e-poçt ünvanları kimi şəxsi məlumatları reklam şirkətlərinə verməyəcəyinə razılaşdığı halda, bu razılaşmanı pozaraq məlumatları satıb.

Qeyd edək ki, FTC ABŞ hökumətinin müstəqil agentliyidir və onun missiyası antiinhisar qanunvericiliyinin tətbiqi və istehlakçıların hüquqlarının müdafiəsini təbliğ etməkdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi