olkepress.com
olkepress.com

Türkiyədə təriqət liderinin əlini öpən nazir linç edildi - VİDEO

20-12-2019, 22:57

Türkiyədə təriqət liderinin əlini öpən nazir linç edildi - VİDEOTürkiyənin Ədliyyə naziri Əbdülhəmid Gülün Suriyanın “Həznəvi” təriqətinin liderinin əlini öpdüyü anın görüntüləri yayılıb.

Ölkəpress.com “haberler.com”a istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə gündəmə gətirilən videoda təriqət liderinin çıxış etdikdən sonra nazirin yanına getdiyi, Gülün ona təzim edərək əlini öpdüyü, daha sonra onların ayaqüstə səmimi söhbət etdiyi görünür.
Sözügedən görüntülər ölkənin yüksək vəzifəli şəxslərindən tutmuş adi vətəndaşlarına qədər hər kəs arasında böyük müzakirələrə səbəb olub.
Ədliyyə naziri bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında məsələyə aydınlıq gətirib. O, həmin görüntülərin 2015-ci ildə tədbirlərdən birində çəkildiyini bildirib: “Ölkənin hər vətəndaşı ilə münasibətimiz ola bilər. Video 2015-ci ildə çəkilib, o zaman millət vəkili belə deyildim”.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi