olkepress.com
olkepress.com

" Türkiyə iqtisadiyyatı batdı xülyası ilə yaşayanları məyus etmək zorundayam"

24-11-2021, 13:44

" Türkiyə iqtisadiyyatı batdı xülyası ilə yaşayanları məyus etmək zorundayam"

“Beynəlxalq Valyuta Fondu da daxil olmaqla bir çox mərkəzlər bu il üçün Türkiyədə Ümumi Daxili Məhsulun 9 faiz artacağını proqnozlaşdırır. Bu isə dünyada ən sürətli inkişaf göstəricilərdən biridir”. “The Financial Times” qəzetininin bugünkü sayında gedən “What the lira collapse means for Turkey’s economy" (Lirənin çökməsi Türkiyə iqtisadiyyatı üçün nə deməkdir?) adlı məqaləsində belə deyilir.
Yəni Türkiyə iqtisadiyyatı batdı xülyası ilə yaşayanları məyus etmək zorundayam. Beynəlxalq güclərin (daha doğrusu xristian klubunun) təzyiqlərinə rəğmən Türkiyə inkişafdadır.


Bəs Türkiyədə nə baş verir? Qərb Türkiyəni ram etmək üçün rəsmi Ankaraya qarşı iqtisadi müharibə aparır. Bu müharibənin rejissoru ABŞ prezidenti Co Baydendir. O, hələ prezidentliyə namizəd olarkən Tayyib Ərdoğanı devirmək fikrində olduğunu açıq şəkildə bəyan etmişdi.
Xatırladıram: 2016 -cı il 15 iyulunda ABŞ və Avropa Birliyi Türkiyədə dövlət çevirlişinə cəhd göstərdi. Ancaq alınmadı. O vaxt silah gücünə baş tutmayan çevirilişi indi iqtisadi metodlarla həya keçirmək istəyirlər. Qələt edirlər. Türk xalqı öz liderinə sahib çıxacaq...
(Forecasters including the IMF expect gross domestic product growth of 9 per cent this year — one of the fastest rates in the world.) (“The Financial Times”)
Elbeyi Hesenli

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi