olkepress.com
olkepress.com

Motosiklet oğurlayarkən şəhəri ayağa qaldırdı - VİDEO

18-10-2021, 21:10

Motosiklet oğurlayarkən şəhəri ayağa qaldırdı - VİDEO

Avstraliyanın Kvinslend vilayətində 41 yaşlı şəxs motosiklet oğurlamaq üçün olduqca səs-küylü üsul seçib.

Ölkəpress.com xəbər verir ki, o, gecə saatlarında yük maşını ilə iri mağazanın şüşələrini sındıraraq, vitrindəki iki motosikleti ələ keçirib. Hadisənin görüntüləri mağazanın müşahidə kamerası tərəfindən lentə alınıb.
Məlum olub ki, şübhəli soyğun zamanı istifadə etdiyi yük maşınını da yaxınlıqdakı şirkətdən oğurlayıb. Silsilə oğurluq hadisələri törədəndən sonra ərazidən uzaqlaşmaq istəyən 41 yaşlı, şəxs çox uzağa gedə bilməyib. Polisin təqibindən sonra motosikletləri yolda atan şübhəli, yük maşını ilə aradan çıxmağa çalışıb. Lakin yük maşını ilə polisdən uzaqlaşa bilməyəcəyini görən 41 yaşlı şəxs, piyada qaçmaq qərarına gəlib. Bununla belə, o polisdən yaxasını qurtara bilməyib. Dərədə gizlənən şübhəli, həbs edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi