olkepress.com
olkepress.com

Saakaşvili həbsdən mesaj yolladı

2-10-2021, 20:54

Saakaşvili həbsdən mesaj yolladı

Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili həbsinin qondarma ittihamlarla icra olunduğunu bildirib.

Ölkəpress.com-un məlumatına əsasən, bu barədə məlumat Mixail Saakaşvilinin “Facebook” səhifəsində onun həbsxanadan ünvanladığı məktubda əksini tapıb.

Saakaşvili qeyd edib:

“Kiyevdən bura çıxıb gələndə bilirdim ki, saxta hökmlərlə həbs olunacağam”.

O daha sonra Gürcüstan xalqına müraciət edərək deyib: “Mənim, daha da önəmli olan Gürcüstanın azadlığı sizin hərəkətlərinizdən və mübariz ruhunuzdan asılıdır”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanın paytaxtı Tbilisidə saxlanılıb. O, Rustavi həbsxanasına aparılıb.

Gürcüstan hökuməti M.Saakaşvilini bir neçə maddə üzə (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət çevrilişi və s.) təqsirləndirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi