olkepress.com
olkepress.com

Bakıda tikinti şirkətləri “cib ekspertləri”ni hər havaya oynadır - Hacı Əbdüldən onlara TÖVBƏ ÇAĞIRIŞI

5-12-2019, 16:35

Bakıda tikinti şirkətləri “cib ekspertləri”ni hər havaya oynadır - Hacı Əbdüldən onlara TÖVBƏ ÇAĞIRIŞICəmiyyətdə fırıldaqçıların sayının günü-gündən çoxalması hamıya məlumdur. Müxtəlif sahələrdə təzahür edən bu “ustalıq” özünü indi yeni sahələrdə də göstərir.

Misal göstərək, bu gün Bakıda özünü əmlak eksperti kimi təqdim edən bəziləri daha çox avantüra ilə məşğuldur. Onların təbirincə, guya mənzillər bahalaşır. Bunu şərtləndirən səbəblər isə göstərilə bilmir. Çünki Bakıda mənzillər bahaılaşmır.
Sadəcə, bəzi tikinti maqnatlarının sifarişi ilə danışan “cib ekspertləri” insanları çaşdırmaqla məşğuldurlar.
Belə hərəkətin hüquqi, maddi tərəfini bir yana qoyaq, gərək vicdanın bu qədər kor ola ki, insanları aldadasan, xüsusuilə ev almaq üçün kreditə, borca girənləri 5-6 qat əlavə xərcə salasan. Başa düşdük, “cib ekspertləri” tikinti maqnatlarının sifariş verdiyi qara zurnada çalınan hər mahnıya süzməyi özünün həyat tərzinə çevirib. Amma heç olmas,a bunun mənəvi tərəfini bir az düşünmək lazımdır.
Məsələ ilə bağlı Modern.az-a danışan “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov bu cür fırıldaqçılıqla məşğul olan şəxslərin hər iki dünyada da cəzasının böyük olacağını bildirib: “Şəriətdə malı öz dəyərindən qat-qat baha qiymətə satmaq böyük günahdır. Həmin mal-mülkdən qazanılan pul da halal deyil. Belə şəxslərin dini-imanı yoxdur. Onların dini də, şəriəti də puldur, gözləri puldan başqa heç nəyi görmür. Bu cür əməl törədənlərin hamısı axirətdə öz cəzasını ən ağır formada alacaq. Tək axirətdə yox, yaşadıqları müddətdə hər nə qədər qiymət şişirdiblərsə, bir o qədər də başları dərd görəcək. Övladları onların əməllərinin qurbanı olacaq. Həmin şəxsləri tövbə etməyə çağırıram, tövbə edə bilərlər, lakin tövbələri o zaman qəbul oluna bilər ki, malın əsl dəyərindən üstünə qat-qat baha qoyduqları pulu əmlakı alan şəxsə geri qaytarsınlar. Yoxsa həmin şəxs özü də, ailəsi də Allahın qəzəbinə düçar olar. Bu məsələdə işbazlara dəstək olanlaraın cəzası daha çoxdur”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi