olkepress.com
olkepress.com

Bakı metrosunda yeyilən milyonlar...

15-04-2021, 11:35

Bakı metrosunda yeyilən milyonlar...9 milyondan çox vergi borcu olan Bakı Metropoliteni QSC son 3 ayda ümumi dəyəri 2 milyon 763 min 977 manat olan 11 tender keçirib.

Azadinfo.az xəbər verir ki, bunu ictimai vəkil Samir Zeynalov iddi edib. O, mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq sözügedən qurumun sərinişindaşıma fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını xatırladıb:

"Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir ki, "Bakı Metropoliteni QSC" pandemiyaya görə dövlətdən 28 milyon manat yardım alıb. 2020-ci ildə dövlət büdcəsindən quruma ayrılan subsiyanın məbləği isə 40 milyon təşkil edib. Eyni qaydada 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsinə əsasən Bakı Metrosu dövlətdən 40 milyon manat subsidiya alıb.

Qeyd edim ki, “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ilin iyun ayında İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. Onun həmçinin 2019 -cu ilin ortalarında Bayılda Neftçi Əli küçəsində yerləşən Bayıl market yaxınlığında inşa edilən kv.m 5-6 min ABŞ dolları dəyərində olan binada qızı üçün 10 milyon dollar ödəyərək mənzil aldığı da iddia edilir".

Sözügedən iddia ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza cavab verib. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 oktyabr 2014-cü il tarixli 321 saylı qərarına əsasən “Bakı Metropoliteni” QSC ictimai əhəmiyyətli qurumlar siyahısına, 31 mart 2014-cü il tarixli 91 saylı qərarına əsasən isə “Bakı Metropoliteni” QSC-nin bütün obyektləri “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na daxil edildiyini bildirib:

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.4.1-ci, 199.4.2-ci, 199.4.3-cü maddələrinə əsasən vergitutma məqsədləri üçün “Bakı Metropoliteni” QSC-nin əmlakının dəyəri ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, mexaniki nəqliyyat vasitələrinin dəyərində azaldılmalıdır.

Məlumat üçün bildiririk ki, dünyada mövcud olan bütün metropolitenlər, o cümlədən postsovet məkanında fəaliyyət göstərən, üzvü olduğumuz Beynəlxalq “Metro” Assosiyasiyasına daxil olan metropolitenlər aid olduğu ölkələrin qanunvericiliyinə uyğun olaraq əmlak vergisindən azaddırlar.

Bundan başqa beynəlxalq təcrübəni, eləcə də yarım əsrdən artıq dövr ərzində fəaliyyət göstərən metropolitenin əmlakının əmlak vergisi məqsədləri üçün vergitutma obyekti olmadığını nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin əmlakının bütövlükdə əmlak vergisindən azad edilməsinin qanunvericilikdə təsbit olunması ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Müvafiq dərkənarla müraciətimiz aidiyyəti nazirliklərə göndərilmiş, əsasən müsbət rəylər alınmasına baxmayaraq heç bir qərar verilməyib.

Eyni zamanda maliyyə-təsərrüfat fəaliyyətinin auditi nəticəsində “Bakı Metropoliteni” QSC-nin tikinti sahəsi üzrə mövcud olan əmlakı və istismar sahəsi üzrə əmlakın böyük bir qismi də əmlak vergisinə cəlb edilərək maliiyyə sanksiyası da daxil olmaqla manat məbləğində əlavə vergi öhdəliyinin yaradılması bununla əlaqədardır.

2020-ci ildə “Bakı Metropoliteni”QSC-nin sərnişindaşıma fəaliyyəti fasilələrlə həyata keçirilib. Bununla əlaqədar olaraq Metropolitenin İstismar fəaliyyəti üzrə xərclərinin qarşılanması üçün dövlət büdcəsindən 27,7 mln manat maliyyə yardımı ayrılıb.

“Bakı Metropoliteni”QSC-nin istismar fəaliyyəti üzrə xərclərinin qismən qarşılanması üçün hər il dövlət büdcəsindən subsidiya vəsaiti ayrılır ki, 2020-ci ildə bu vəsait 40,0 mln manat təşkil edib.

Dövlət büdcəsindən ayrılan subsidiya vəsaitinin xərc istiqamətləri təyinat üzrə yəni, əməkhaqqı və DSMF-na ayırmaların, elektrik enerjisinin və kommunal xərclərin bir qisminin ödənilməsinə yönəldilir. Qeyd edilən xərclərin qalan hissəsi, material və ehtiyat hissələrinin alınması, təmir xərcləri və sair xərclər sərnişin daşınmasından gəlirlərin hesabına ödənilir.

2020-ci ildə ayrılmış subsidiya və maliyyə yardımı vəsaitinin xərc istiqamətləri aşağıdakı kimidir:

min manat

Xərclər

Subsidiya

Maliyyə yardımı

- əmək haqqı və DSMF-na ayırmalar

32 800,0

13 824,4

- elektrik enerjisi haqqı

6 000,0

116,1

- kommunal xərclər

(su və kanalizasiya)

1 200,0

2 226,6

- mühafizə xərcləri

323,9

- icbari sığorta

423,4

- bank xərcləri

176,8

- qaz xərcləri

102,5

- rabitə xərcləri

175,4

- vergi (qeyri-rezident)

135,8

- covid-19

157,1

- zərərli iş şəraitinə görə

49,5

- təmizlik işləri üzrə xərclər

1 647,0

- müqavilələr üzrə öhdəliklər

8 320,5

Cəmi

40 000,0

27 679,0

“Bakı Metropoliteni”QSC-nin 2020-ci ilin mart ayından etibarən pandemiya səbəbindən İstismar sahəsi üzrə bir çox irihəcmli işlərinin yerinə yetirilməsi dayandırılaraq yalnız ən zəruri müqvilə öhdəliklərininə görə 8 320,5 min manat vəsait, o cümlədən elektrik yarımstansiya avadanlıqlarının, vaqonlar üçün ehtiyat hissələrinin, təkər cütlərinin, ventilyatorların və digər avadanlıqların satın alınması ilə bağlı öhdəliklərinin bağlanmasına yönəldilmişdir.

2021-ci ildə dövlət büdcəsindən ayrılan subsidiya vəsaiti 39,2 mln manat təşkil edib".

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi