olkepress.com
olkepress.com

İrandan ölkəmizə gətirilən zəncəfil yararsız çıxdı

1-04-2021, 20:29

İrandan ölkəmizə gətirilən zəncəfil yararsız çıxdıAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə idxal edilən zəncəfil məhsulunun yararsız olduğunu aşkarlayıb.

Agentlikdən [b]Ölkəpress.com[b]-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frei Group” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 1000 kq zəncəfil məhsuluna baxış keçirilb.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi