Ramiz Mehdiyev Elton Məmmədovla bağlı qərarını ləğv etdi
Yanvarın 28-də yerli mediada Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədovun AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.
KONKRET.az-a istinadən xəbər veririk ki, AMEA isə yanvarın 29-da bu məlumatı təkzib edib.
Saytımızın əldə etdiyi məlumata görə, akademiya təyinat xəbərini mediaya təsdiqləmişdi, amma sonra bu qərar ləğv edilib.
ölkəpress.com