olkepress.com
olkepress.com

Kolumbiya mətbuatı 20 Yanvar faciəsi barədə yazıb

19-01-2021, 09:59

Kolumbiya mətbuatı 20 Yanvar faciəsi barədə yazıbKolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun müəllifi olduğu, 20 Yanvar faciəsinə həsr olunmuş “Qara yanvar” başlıqlı yazı dərc olunub.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Yazıda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və ölkəsinin müstəqilliyini tələb edən paytaxt Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çox sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif Human Rights Watch təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanlılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.

https://elexpediente.co/enero-negro/

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi