olkepress.com
olkepress.com

“BakıKarta” keçidi gecikdirənlərə qarşı ciddi tədbirlər görüləcək

8-01-2021, 12:12

“BakıKarta” keçidi gecikdirənlərə qarşı ciddi tədbirlər görüləcəkBəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də "BakıKarta" keçid prosesini gecikdirmək məqsədilə süni narazlıqlar və problemlər yaradırlar. Bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.

Ölkəpress.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüşü zamanı deyib.

O bildirib ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər:

"Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq, bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq".

İdarə Heyətinin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, reysqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib:

"Pandemiya dövründə sərnişindaşımaların təşkilinə dair məsələlər də müzakirə olunub. Əhalinin xüsusi ilə həyat əhəmiyyətli sahələrdə çalışanların ictimai nəqliyyat tələbatını qarşılamaq üçün müntəzəm və ekspres xətlər üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunub. Davamlı əks-epidemik tədbirlər sayəsində sürücülər, dispetçerlər və qarajlarda çalışan texniki personal arasında kütləvi yoluxma halları müşahidə olunmayıb".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi