olkepress.com
olkepress.com

Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ -VİDEO

28-12-2020, 13:11

Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ -VİDEODekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət altı nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə, bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.
Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan ordusu tərəfindən qəti tədbirlər görüləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!





ÖLKƏPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi