olkepress.com
olkepress.com

İstanbulda Türkiyəyə dəstək aksiyası: Hotel binası qardaş dövlətlərin bayraqlarına büründü - FOTO - VIDEO

12-11-2020, 17:46

İstanbulda Türkiyəyə dəstək aksiyası: Hotel binası qardaş dövlətlərin bayraqlarına büründü - FOTO - VIDEOTürkiyənin İstanbul şəhərində “Hyatt Centric” hotelinin binası boyu əks olunan fotolarda Azərbaycandan onu vətən müharibəsində daima dəstəkləyən Türkiyəyə təşəkkür ünvanlanıb.

“Haber Global” məlumat verir ki, azərbaycanlı iş adamı Anar Əlizadənin təşəbbüsü ilə hotel binasının bir tərəfinə Azərbaycanın və qardaş Türkiyənın möhtəşəm bayraqları asılıb.

Hotelin digər tərəfində isə hər iki ölkənin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşcasına bir-birinin əllərini sıxdığı, güvən əks etdirən fotosu yerləşdirilib.

Bu fotoda zəfərin memarı olan Azərbaycan Prezidenti və bu zəfərdə Azərbaycana dəstəyini əsirgəməyən Türkiyə başçısına “Millətimiz sizinlə qürur duyur”, - deyə qeyd olunur.

Binanın digər tərəflərində Ərdoğanın fotosu üzərinə “Azərbaycan sizinlə qürur duyur” qeydi yazılıb.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi