olkepress.com
olkepress.com

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

25-06-2020, 13:54

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxduMingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-a S.Məmmədovun özü məlumat verib:

“İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı.

Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”.

60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.

Qeyd edək ki, Sahib Məmmədov 2013-cü ilin fevralından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiridir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi