Mayın 4-dən sonra karantin müddəti uzadılacaq? - AÇIQLAMA
Xəbər verdiyiimiz kimi, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqəli Azərbaycan Respublikasında da 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Bu tarixin daha sonra may ayının 4-ədək uzadılmasına qərar verildi. Epidemiyanın gündəlik statistik göstəricilərini nəzərə alaraq daha sonrakı qərarlarda karantinin aprel ayının 27-dən may ayının 4- dək yumşaldılmasına qərar verildi. Artıq karantinin bitməsinə sayılı günlər qalıb. Gündəlik açıqlamalar verən respublikanın cavabdeh və məsul səhiyyə işçiləri bu barədə hansı proqnozu verir?
Metbuat.az xəbər verir ki, bununla bağlı "Sonxeber.az" saytına danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, mövcud epidemiyada dalğalanmalar hələlik olacaq, yəni xəstələnlərin sayı artıb-enəcək. Buna baxmayaraq, mayın 4- ü karantin rejiminin tam olaraq ləğv olunması mümkün deyil:
"Karantinin bitməsi söhbəti hələlik yoxdur. Karantinin may ayının 4-dən sonra mərhələli və inkişaflı şəkildə davam etdirilməsi düşünülür. Əgər mayın 4-ədək xəstəliyin gedişində bu cür stabillik gedərsə, mərhələli yuşaltmadan danışmaq olar. Əgər getməsə, vəziyyət daha da ciddiləşdiriləcək. Karantinin mayın 4-dən sonra ümumi olaraq aradan qaldırılmasından söhbət gedə bilməz. Əvvəldən qərarlaşdırılıb ki, mərhələli şəkildə müəyyən qrup insanlara, müəyyən iş yerlərinə güzətlər olunsun. May ayının 4-ədək sərt karantin tədbirləriydi. Aprelin 27-dən etibarən karantin yumşaldıldı, mayın 4-dən sonra karantin rejimi bir az daha yumşaldıla bilər".
Cəlal İsayev həmçinin müraciət edərək gündəlik yoluxmaların insanları aldatmamasını qeyd edib:
"Statistika bizi aldada bilər. Bu gün xəstələnənlərin sayı az qeydə alına bilər, bir həftə sonra daha böyük statistik rəqəm meydana çıxa bilər. Çünki bizim insanlar yumşaldılmadan sonra "Azərbaycanda koronvirus yoxdur ki" deyirlər. Əslində həmin insanlar deyilən tövsiyyələrə ikiqat əməl etməlidirlər.
İnsanların təmas ehtimalı minimal dərəcəyə enməlidir. Bunda biz koronavirusun qarşısını ala bilərik və mərhələli yuşaltmanı davam etdirə bilərik. Hamıya müraciət edirəm ki, bu günədək etdiyimiz zəhmətin üzərindən xətt çəkməyək.
Televiziyda Əhmədlidən zibili ggətirib şəhərin mərkəzinə zilib qutusuna atan oğlanın videosun baxdım. İnanmıram həmin oğlan elə bir hərəkət etmiş olsun, bunu məncə qəsdən edirdi. Hər halda bu düzgün hərəkət deyil. Gərək sən özünü də, qarşındakını da qoruyasan".
Ölkəpress.com