olkepress.com
olkepress.com

Deputat kanalizasiya probleminə görə “Azərsu” sədrinə zəng etdi

30-04-2020, 12:11

Deputat kanalizasiya probleminə görə “Azərsu” sədrinə zəng etdi“Sabirabad şəhərindəki beşmərtəbəli binaların kanalizasiya problemi ilə bağlı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla telefon əlaqəsi saxladım”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə deputat Kamal Cəfərov məlumat verib.
O qeyd edib ki, Qorxmaz Hüseynov məsələni nəzarətə götürüb və dərhal müvafiq tapşırıqlar verib.
“Şirvan regional su-kanal idarəsinin rəisi Azad müəllim bildirdi ki, qeyd edilən problemin həlli ilə bağlı proses artıq başlayıb və cari ilin may ayında Sabirabad şəhərində Heydər Əliyev prospektində yerləşən 2B, 2Q, 23B, 62 və 118 nömrəli binaların, o cümlədən, İ.İsgəndərov küçəsində yerləşən 3 və 5 nömrəli binaların kanalizasiya problemi tamamilə həll ediləcək. Bu, minlərlə sakinin həyat vəziyyətinin yaxşılaşdırılmasına təsir göstərəcək”, - deyə K.Cəfərov əlavə edib.
Deputat söyləyib ki, məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova təşəkkür edir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi