olkepress.com
olkepress.com

Polşada IX Beynəlxalq “Azərbaycan Bayrağı” İntellektual Festivalı keçiriləcək

30-10-2019, 13:07

Polşada IX Beynəlxalq “Azərbaycan Bayrağı” İntellektual Festivalı keçiriləcəkNoyabrın 2-3-də Polşanın Qdansk şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə “Atəşgah” intellektual oyunlar klubunun təşkilatçılığı ilə IX Beynəlxalq “Azərbaycan Bayrağı” İntellektual Festivalı keçiriləcək.

Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş festival Azərbaycan İntellektual Oyunlar Federasiyası və Avropa İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. “Azərbaycan Bayrağı - 2019” festivalı çərçivəsində “Nə? Harada? Nə zaman?” və “Breyn rinq” oyunları, eləcə də, “QuAZ” intellektual və əyləncəli oyunu üçün turnirlər təşkil ediləcək.
Festivalın təşkilat komitəsinin sədri İlkin Yetirmişlinin sözlərinə görə, tədbir hər il xarici mütəxəssisləri intellektual oyunlar vasitəsilə Azərbaycan xalqının mədəni və tarixi irsi ilə tanış etmək üçün keçirilir.
Redaksiya qrupuna daxildir: Aleksandr Korobeynikov (Moskva), Maksim Merzlyakov (Voronej), Dmitri Borok (Moskva), Dmitri Başuk (Xarkov), Aleksander Kudryavçev (Nikolaev).
Festivalın aparıcısı Yelena Keyranedir. “Azərbaycan Bayrağı” festivalı əvvəllər Riqa, Sankt-Peterburq, Minsk, Vilnüs, Kalininqrad, Kiyev, Praqa və Tallində də keçirilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi