olkepress.com
olkepress.com

Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdü

28-10-2019, 10:30

Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşdüNATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ Müdafiə naziri Mark Esperlə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycanla ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də, regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi