olkepress.com
olkepress.com

Ağdərədə tullantı poliqonu yaradılacaq

20-06-2025, 17:54

Ağdərədə tullantı poliqonu yaradılacaq

İşğaldan azad edilən Ağdərə rayonu ərazisində yeni məişət və tikinti tullantıları poliqonun inşası həyata keçiriləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Ağdərə rayonunun inzibati ərazisində hayata keçirilən tikinti, bərpa-quruculuq işlərini daha da sürətləndirmək üçün təhlükəsiz yerdə, şəhər mərkəzindən aralıda bərk tullantılar poliqonu tikiləcək .

Bu barədə Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyilib.

Məlumata görə, rayonda yerləşən poliqon 10 hektar ərazini əhatə edəcək və tutumu 60-65 min kubmetr olacaq. Müvafiq dövlət orqanları ilə poliqonun yerləşəcəyi ərazinin dəqiqləşdirilməsi işləri həyata keçirilir.

Bu işlər başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək.Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi