olkepress.com
olkepress.com

UFC ulduzları Bakıya gəlir

16-05-2025, 17:36

UFC ulduzları Bakıya gəlir

UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder 21 iyun tarixində “Baku Crystal Hall”da baş tutacaq turnirin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin co-main eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi