olkepress.com
olkepress.com

62 ildir – Vüqar Əhməd

8-04-2025, 23:36

62 ildir – Vüqar Əhməd


62 ildir…

Ömür bir kitabdır sonu qəmlidir,
Doğmalar üçün kədər ,gözlər nəmlidir,
Günlər həm nəşəli, həm ələmlidir,
62 səhifə oxumuşam mən.

Ömür bir qatardır,dayanacaq var,
Kimi tez düşəcək, kimi bir az gec,
Həyatda həm günəş, həm də sazaq var,
62 duraq yol gəlmişəm mən.

Qazancım da olub, itkilərim də,
Ayrı düşmüşəm həm sevdiklərimdən,
Dastanlar yaranar gördüklərimdən,
62 dastan yaşamışam mən.

Ömrün qasırğası, vardır tufanı,
Dərdlər xəstə edir sağlam insanı,
Qaytara biləydik lap bircə anı,
62 min qəm, qəm görmüşəm mən.

Namərdlər qovdular olmadım namərd,
Qəddimi əymədi, içim dolu dərd,
Ömrümün qışı tək, yayı keçdi sərt,
62 tufan, qar görmüşəm mən.

Doğmalar, millətim sevimli yarım,
Gözəl Vətənimdir namusum-,arım,
Saf insan qəlbidir sizin Vüqarın,
62 ildir sağam, ya ölmüşəm mən?

Vüqar Əhməd


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi