Bu gün bütün ölkəmiz, eləcə də xaricdə yaşayan azərbaycanlılar baharın gəlişinin rəmzi olan Novruz bayramını qeyd edirlər. Bu bayramın qeyd olunması astronomik əsaslara söykənir: 21 martda gecə və gündüzün bərabərliyi baş verir.
Min illər ərzində Novruz bayramının xüsusi adətləri formalaşıb: səməni becərmək, şirniyyatlar bişirmək və yumurta boyamaq, papaqatma, fala baxmaq, müxtəlif yarışlar keçirmək.
Uzun illər sonra bayram ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilir. Ali Baş Komandanımızın başçılıq etdiyi müzəffər ordumuzun sayəsində Novruz bayramını azad edilmiş torpaqlarımızda qeyd edə bilirik.