olkepress.com
olkepress.com

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirildi

15-03-2025, 15:17

Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirildi

Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Sərəncamın icrası ilə bağlı və ənənəvi olaraq Novruz bayramı ərəfəsində - martın 15-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonu ərazilərində ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş ağac və kol bitkiləri əkilib.

Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib.

Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müraciətinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.
Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirildi
Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirildi
Bakıda növbəti ağacəkmə aksiyası və iməcilik keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi