olkepress.com
olkepress.com

İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı

10-03-2025, 23:32

İnsan beyninin hüceyrələri ilə işləyən kompüter yaradıldı

Avstraliyanın Melburn şəhərində yerləşən “Cortical Labs” şirkəti laboratoriyada yetişdirilən insan beyninin neyronları ilə işləyən ilk bioloji kompüterini – CL1-i təqdim edib.

Bu barədə “Cortical Labs”in elmi rəhbəri Brett Kaqan açıqlama verib.

Onun sözlərinə görə, yüzminlərlə süni şəkildə yetişdirilən neyron qarşılıqlı əlaqə qurma və öyrənmə qabiliyyətinə malikdir. Kaqan “İnsan neyronlarına verilə biləcək tapşırıqları təsəvvür etmək belə çətindir, çünki çox fərqli variantlar mövcuddur. Bu, xəstəliklərin modelləşdirilməsi, dərmanların sınaqdan keçirilməsi və süni intellektin yaradılması kimi bir çox sahəni əhatə edə bilər”, – deyə əlavə edib.

Şirkət qeyd edir ki, “Cortical Labs” tərəfindən yaradılan bioloji kompüter mövcud süni intellekt sistemlərindən daha dinamik və davamlıdır.

Tərtibatçılar bildiriblər ki, CL1 neyron şəbəkələri silisium çipində formalaşır və əslində daim inkişaf edən bir orqanizm kimi fəaliyyət göstərir. Kaqan “Bu qədər sürətlə və çevik şəkildə öyrənə bilən bir sistem yoxdur. Məsələn, “ChatGPT” kimi süni intellekt sistemlərinin çiplərindən tamamilə üstün olduğunu iddia edə bilərik” , – deyə açıqlayıb.

Bioloji kompüter nəzarət olunan temperatur, qazların dövriyyəsi və qarışdırılması üçün nasoslar, materialın saxlanması üçün xüsusi yer və dalğaların filtrasiya edilməsi üçün sadə, lakin sabit avadanlıqla təchiz olunub.

Hazırda “Cortical Labs” bioloji neyron şəbəkələrindən ibarət ilk serveri hazırlayır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi