olkepress.com
olkepress.com

Vüqar Əhməd: "DOSTU QORU" Ağsaqqalımız, dostumuz, hörmətli R. Baba müəllimə ithaf edirəm...

29-12-2024, 15:11

Vüqar Əhməd: "DOSTU QORU"  Ağsaqqalımız, dostumuz, hörmətli R. Baba müəllimə ithaf edirəm...


Vüqar Əhməd: "DOSTU QORU"
Ağsaqqalımız, dostumuz, hörmətli R. Baba müəllimə ithaf edirəm...


Çörəyimiz təndir içrə güllədi,
Şərəfsizin xoş sözü də güllədi,
Dost gəlişi çiçəklədi, güllədi,
Dostu qoru, pisə lənət, ay Allah.

Heç bir pislik , biz namərdlik etmədik,
Yetim malı, haram çörək yemədik,
Heç vüsala sevinərək yetmədik,
Dostu qoru, pisə lənət, ay Allah.

Hey əl tutduq kimsəsizə,hamıya,
Kimsə gəlsə ehtiyacdan qapıya,
Şükr elədik Uca Rəbbə- Tanrıya,
Dostu qoru, pisə lənət, ay Allah.

Yaxşılığı gizli etdik, xəlvəti,
Toplamadıq qızıl- gümüş, sərvəti,
El içində qazanmışıq hörməti,
Hamı tanır şair Vüqar Əhmədi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi